"Qaymaq" dünyasına xoş gəlmisiniz.

Cart 0 items - $ 0 0
Cart 0 items - $0.00 0

No products in the cart.

Haqqımızda

Şirkətimiz

Qaymaq eko brendimizi sizlərə təqdim etməktən qurur duyuruq.

“QayMaq” Premium qida  Azərbaycan bazarında yalnız keyfiyyətli, 100% təbii və yerli məhsulları təqdim edən  eko - brenddir. Buna görə də “QayMaq” məhsulları, təbii xammaldan, süd emalı zavodunun xüsusi istehsal sahəsində, gündəlik olaraq istehsal olunur.  İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur.  

    Qaymaq Premium qida brendi hər zaman  kəmiyyət yox keyfiyyət meyyarını öndə tutmuşdur. Şirkətimiz müştərilərinin sağlam qidalanmasını özünə prinsip seçmiş və yarandığı gündən bu prinsipə sadiq qalmışdır. Bütün bunlara nail olan brendimiz müştərilərimiz tərəfindən hər zaman alqışlanmışdır. Sağlamlıq Qaymaqdadır devizini özünə əsas alan şirkətimiz  istehsal etdiyi və gələcəkdə istehsal edəcəyi məhsullardada bu prinsipə sadiq qalaraq müştərilərinə olan diqqəti hər zaman öndə tutacaqdır. 

   Gündəlik süd məhsullarının insan qida rasiyosunda əhəmiyyəti çox böyükdur və bu rasioda sağlamlıq amili önəm kəsb edir. Buna görədə şirkətimiz öz müştərilərinə market rəfində hər zaman günlük istehsal olunan yeni məhsul təqdim etmək üçün bütün satış komandası ilə yüksək səviyyədə xidmət göstərir.  Bakı şəhəri ərazisində 170 satış nöktəsində müştərilərinə məhsullarını təqdim edən firmamız rəfdə eyni gündə istehsal olunan məhsulların olmasına böyük əhəmiyyət verir.

    Məhsullarımızı seçən bütün müştərilərimizə onu çatdırmaq istəyirik ki, sizin sağlıqlı qidalanmanızı ən az sizin qədər düşünür və istehsal prosesimizi ona görə planlayırıq. İstehsalda istifadə olunan xam süddən başlayaraq bütün qida maddələri ən yüksək keyfiyyətdə olanları seçilir və istehsal prosesi zamanı bütün gigiyenik qaydalara əməl olunaraq ekoloji məhsul istehsal olunur.

Bu məhsulları ölkə ərazisində geniş istehsal infrastrukturuna malik olan “XIRMAN” şirkəti istehsal edir.

Azərbaycan Respublikasının qida sektorunda 1997-ci ildən etibarən fəaliyyət göstərən "Xırman" şirkəti istehsal etdiyi müxtəlif çeşidli məhsullarla bazarda layiqli yerini tutmuşdur.Təbii xammaldan istifadə edərək yüksək keyfiyyət göstəricilərini əsas tutan şirkətimiz un və çörək məmulatları, qatılaşdırılmış süd, yağ və digər süd məhsulları istehsalında ən son texnologiyaların istifadəsi ilə istehlakçıların böyük rəğbətini qazanmışdır. Məhz “Xırman” şirkəti Azərbaycanda ilk dəfə olaraq qatılaşdırılmış südün yerli istehsalını həyata keçirmiş və bu sahədə liderliyini qoruyub saxlaya bilmişdir. Beynəlxalq və yerli standartlar əsasında istehsal edilən gündəlik qida məhsulları yerli və xarici bazarların istehlakçılarını tam məmnun edecək səviyyədədir. Məhsullarımız Azərbaycan ilə yanaşı Türkiyə, İran, Gürcüstan və Şimali Afrika ölkələrinə də ixrac olunmaqdadır.

Minimum 4 characters